Avropa İttifaqından çıxış: Gələcək əməkdaşlıq üçün hüquqi təhlil və modellər

5 Baku St. U. L.Rev. 70 (2019)
Məqalənin dili: İngiliscə.

Annotasiya
1951-ci il Paris Müqaviləsi ilə Avropa Kömür və Polad Birliyi kimi əsası qoyulan və 1957-ci il Roma Müqaviləsi ilə Avropa İqtisadi Birliyi və Avropa Atom Enerjisi Birliyi kimi fəaliyyətinə davam edən, daha sonra 1992-ci il Maastrix Müqaviləsi ilə bu birlikləri eyni ad altında birləşdirən Avropa İttifaqı yeni üzvlərin, xüsusilə Şərq Bloku ölkələrinin qoşulması ilə daimə böyüməyə və genişlənməyə davam edirdi. Lakin 2016-cı ildə Avropa İttifaqının yarım əsrlik tarixi ərzində heç baş verməyən hadisə yaşandı – Üzv Ölkə İttifaqdan çıxmaq qərarına gəldi. Məhz bu məqalədə Avropa İttifaqından çıxmanın hüquqi aspektləri, prosesin işləmə mexanizmi və gələcəkdə birgə bazar, gömrük və digər sahələrdə mümkün ola biləcək əməkdaşlıq haqqında analiz aparılacaq.

Bu post həm də digər dildə mövcuddur: English