Çin əmtəə nişanı qanununun əmtəə nişanlarına qadağasını yenidən düşünmək “Digər mənfi təsirlərə sahiblik”

5 Baku St. U. L.Rev. 1 (2019)
Məqalənin dili: İngiliscə.

Annotasiya
Çin həm əqli mülkiyyət hüquq sistemini, həm dəəlaqədər sahələri çox tez bir zamanda inkişaf etdirmişdir. 17 ildən daha çox bir müddət ərzində Çinin əmtəə nişanı müraciətlərində lider olmasının səbəbi dövlətin əqli mülkiyyət hüququ sahəsindəki təşəbbüskarlığıdır. Çində “digər mənfi təsirlər”ə sahib olan nişanlar istifadə oluna və qeydiyyatdan keçirilə bilməz. Çin məhkəmələri və dövlət orqanları bu ifadəni düzgün təfsir etməmiş və vətəndaşlar arasında çaşqınlıq yaratmışlar. Çin və digər dövlətlərin əmtəə nişanı qeydiyyatına olan qadağalar arasında böyük fərqlərin olduğunu nəzərə alaraq belə bir nəticəyə gəlinir ki, Çin qanunvericiliyində ciddi islahatlar həyata keçirilməlidir. Bu islahatlar müvafiq ifadəyə vahid anlayışın verilməsi, əmtəə nişanının sərbəst istifadəsi və s. məsələləri əhatə edir. Çin aparıcı məhkəmə işləri sistemi də yardımçı tədbirlər kimi həyata keçirilə bilər.

Bu post həm də digər dildə mövcuddur: English