Məqalənin dili: Azərbaycanca.
Annotasiya
İstənilən dövlətin suveren olaraq müqavilələr, o cümlədən beynəlxalq müqavilələr bağlamaq, belə müqavilələrə daxil olmaq səlahiyyəti var. Bu səlahiyyəti dövlətin adından onun qurumları, o cümlədən dövlət müəssisələri həyata keçirir. Amma dövlət müəssisələrin bağladıqları beynəlxalq müqavilələr heç də həmişə dövlətin müqaviləsi hesab edilməməlidir. Bu baxımdan, məqalə hansı beynəlxalq müqavilələrin dövlətin beynəlxalq müqaviləsi olmasını, hansı qurumların dövlət müəssisəsi hesab edilməsini, müəssisə anlayışını, dövlət müəssisələrinin beynəlxalq müqavilə praktikasını yerli qanunvericiliyin nəzərindən araşdırır.
Bu post həm də digər dildə mövcuddur: English