Həkimlərin peşə məsuliyyətinin icbari sığortası. Dünya təcrübəsi, mövcud qanunvericilikdə boşluqlar və bununla bağlı təkliflər: Müalicə müqaviləsi institutuna xüsusi baxış

5 Baku St. U. L.Rev. 103 (2019)
Məqalənin dili: Azərbaycanca.

Annotasiya
Son dövrlərdə həkimlərin peşə məsuliyyətinin icbari sığortasının tətbiq edilməsinin həm həkimlər, həm də pasiyentlər üçün əhəmiyyətli olması aktuallıq qazanmışdır. Burada məqsəd bir tərəfdən həkim səhvi zamanı pasiyentlərin maddi baxımdan kompensasiya edilməsi, digər tərəfdən isə həkimlərin reputasiya və peşəkar nüfuzunun təmin edilməsindən ibarətdir. Məqalədə əsas olaraq bu sığorta növünün vacibliyi, bu istiqamətdə dünya ölkələrinin təcrübəsi, ölkə qanunvericiliyinin cari vəziyyəti araşdırılmış və qanunvericiliyə əlavə və dəyişikliklər təklif edilmişdir.

Bu post həm də digər dildə mövcuddur: English