Beynəlxalq kommersiya əqdlərində korporativ rüşvətxorluğa qarşı mübarizədə “Beynəlxalq kommersiya əqdlərində xarici vəzifəli şəxslərin rüşvətlə ələ alınmasına qarşı mübarizəyə dair” İƏİT Konvensiyasının rolu

4 Baku St. U. L.Rev. 241 (2018)
Məqalənin dili: İngiliscə.

Annotasiya
Rüşvətxorluğun dağıdıcı təsiri ilə bağlı müzakirələr əsasən dövlət orqanları kontekstində aparıldığından onun digər sahələrdə, xüsusilə dünya üzrə rüşvətxorluğun 60%-ni öz üzərinə götürən korporativ sahə diqqətdən kənarda qalmaqdadır. Bununla bağlı bir sıra səbəblərə görə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı çoxmillətli müəssisələri ciddi iqtisadi təhlükə mənbəyi kimi xarakterizə etmişdir. Məqalədə digər oxşar beynəlxalq saziş və müqavilələr arasında vacib rola malik İƏİT-in Korrupsiyaya qarşı Mübarizə Konvensiyasının Korrupsiyaya qarşı mübarizədəki əhəmiyyəti təhlil edilmiş, tətbiqi, icrası və konvensiyada yeniliklər əks etdirilmişdir. Digər tərəfdən isə ABŞ-ın Konvensiyanın ərsəyə gəlməsində rolu və məhkəmə təcrübəsi araşdırılır.

Bu post həm də digər dildə mövcuddur: English