İnkişaf etməkdə olan ölkələrin Ümumdünya Ticarət Təşkilatında (ÜTT) iştirakı

4 Baku St. U. L.Rev. 121 (2018)
Məqalənin dili: İngiliscə.

Annotasiya
Ümumdünya Ticarət Təşkilatı dövlətlərarası ticarəti tənzimləməkdədir. Təşkilatın üzvlüyü hər biri daha çox ticari xeyir əldə etməyə çalışan inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərdən ibarət iki əsas qrupa bölünür. İnkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərin ÜTT, həmçinin digər platformalar nəzdində münasibətləri həmişə mürəkkəb olmuşdur. İnkişaf etməkdə olan ölkələrin zəif maliyyə vəziyyəti, qüvvələr balansının uyğunsuz şəkildə inkişaf etmiş ölkələrin tərəfində olması kimi aşkar səbəblərə görə inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrin ticarət münasibətlərin üzərində təsirə malik olmuşdur. Buna görə də, inkişaf etməkdə olan ölkələr özlərinə qarşı olan sistemlə mübarizə aparmaqdadırlar. İnkişaf etməkdə olan ölkələrin Tariflər və Ticarət üzrə Baş Sazişdə effektiv iştirakına maneçilik törədən faktorların bəziləri ÜTT ilə də qalmaqdadır və bu maneələri aradan qaldırmaq üçün həyata keçirilən tədbirlər çox zəif nəticə göstərmiş və ya ümumiyyətlə nəticəsiz qalmışdır. Nəticə etibarilə, inkişaf etməkdə olan ölkələrin ÜTT-də iştirakını təmin etmək üçün onların imkanlarını gücləndirilməsinə ciddi ehtiyac göz önündədir.

Bu post həm də digər dildə mövcuddur: English