Humanitar sığınacaq üçün lazım olan şiddət səviyyəsi: Kanada və Amerika immiqrasiya qanunlarının müqayisəli təhlili

4 Baku St. U. L.Rev. 176 (2018)
Məqalənin dili: İngiliscə.

Annotasiya
Humanitar sığınacaq nədir? Bu prinsip şəxsin qaytarılmalı olduğu ölkədə ağır əziyyətlə üzləşəcəyi halda onu qorumaq üçün meydana gəlmişdir. Beynəlxalq hüququn mövqeyinə görə şəxsin ağır əziyyətə məruz qalacağından qorxmaq üçün rasional səbəb olmasa belə, şəxsi məcburi şəkildə əzab-əziyyət çəkdiyi ölkəyə göndərmək insani deyildir. ABŞ və Kanada bu prinsipi dəstəkləyən və öz immiqrasiya hüquqlarına tətbiq edən ölkələrdir. Lakin bu ölkələr prinsipi bir-birlərindən fərqli təfsir və tətbiq etməkdədirlər.
ABŞ-ın İmmiqrasiya və Vətəndaşlıq Aktını Kanadanın İmmiqrasiya və Qaçqınların Müdafiəsi Aktı ilə müqayisə etdikdə humanitar sığınacağa ölkələrin müəyyən etdiyi standart və yanaşmalar arasında böyük fərqlər olduğu aydın olur. Burada həlledici sual əzab-əziyyətin səviyyəsinin dözülməzliyindən, yaxud sığınacaq verilməsi üçün kifayət etməsindən ibarətdir. Müqayisələr göstərir ki, Kanadanın yanaşması daha ciddidir və şəxsin göndəriləcəyi ölkədə ağır əzab-əziyyətin gözlədiyini sübut etməsi üçün əsaslı sənədlər tələb olunmaqdadır. ABŞ isə immiqrasiya qanunlarında genişləndirmə apararaq ziyanı əziyyət, igəncədən ayırmağa və şahidlik institutu vasitəsilə psixoloji ziyanın göstərilməsini tətbiq etməyə çalışır.

Bu post həm də digər dildə mövcuddur: English