BMT sistemində islahatlar müasir tələblər və çağırışlar müstəvisində: təklif olunan modellər və konsepsiyalar

4 Baku St. U. L.Rev. 107 (2018)
Məqalənin dili: Azərbaycanca.

Annotasiya
İkinci dünya müharibəsindən sonra BMT beynəlxalq hüququn inkişafında və siyasətdə mühüm rol oynamağa başladı. Dünyada baş verən verən yeniliklər, siyasi vəziyyətin dəyişməsi, ölkələrarası əlaqələrin genişlənməsi, eləcə də qurumun geniş səlahiyyətlərə və böyük ərazini əhatə etməsi ilə əlaqədar olaraq institutlara və orqanlara bölünməsi onun nizamnaməsində dəyişikliklərə ehtiyac yaratmışdır. Məqalədə məhz nizamnamə və BMT sistemində islahatlar aparılması üçün təklif olunan müxtəlif konsepsiyalar və təkliflərdən danışılacaq və BMT-nin fəaliyyətinə mane olan səbəblərdən bəhs ediləcəkdir. Məqalədə BMT modelində islahatların aparılmasının əhəmiyyətindən və islahatların aparılması üçün verilən təkliflərin bir-biri ilə ziddiyətindən danışılacaqdır.

Bu post həm də digər dildə mövcuddur: English