Məqalənin dili: İngiliscə.
Annotasiya
İmmunitet konsepsiyası hər hansı bir vasitə ilə dövlətlər, dövlət başçıları və diplomatik nümayəndələr üçün müdafiəni nəzərdətutmur; onun nüvəsindəimmunitet dövlətlər, dövlət orqanları və onların nümayəndələri arasında əlaqələrin hamar fəaliyyətini təmin etmək üçün işlənib hazırlanır. Baxmayaraq ki, beynəlxalq ictimaiyyət cəzasızlığı insan hüquqlarının pozulması ilə bağlı işlər kontekstində ləğv etməyə çalışmışdı, hazırda işlər gözlənilən kimi getmir və cəzasızlığın ləğvi xeyli uzaq görünür. Başqa sözlə immunitet və cəzasızlığı əsas insan hüquqlarının pozulması kontekstində eyniləşdirmək sülhün bərqərar olunması və insan hüquqlarının inkişafında əngəl meydana gətirməkdədir. Məqalə immunitet və cəzasızlıq arasındakı müxtəliflik əsas insan hüquqlarına təsir etməyi hədəfləmişdir. Bununla yanaşı məqalədə cəzasızlığa tolerant yanaşmanın insan hüquqlarının gələcəyi və inkişafını təhdid etdiyini nümayiş etdirmək məqsədlənmiş; nəticə etibarilə, cəzasızlıq və immunitetin aydın şəkildə fərqləndirilmədiyi təqdirdə immunitet və insan hüquqları arasında olan ziddiyyətin həllinin mümkünsüzlüyü iddia edilmişdir.
Bu post həm də digər dildə mövcuddur: English