Azərbaycan əmtəə nişanı hüququnda qarışdırılma ehtimalı anlayışı

3 Baku St. U. L.Rev. 193 (2017)
Məqalənin dili: Azərbaycanca.

Annotasiya
Bu məqalədə, ümumilikdə, sənaye mülkiyyətinə daxil olan əmtəə nişanı hüququnun Azərbaycanda hüquqi tənzimlənməsindəki problemlər və çatışmazlıqlar, əmtəə nişanlarının qeydiyyatından imtina və ya qeydə alınmış əmtəə nişanlarının qeydiyyatının ləğvi üçün əsas təşkil edən qarışdırılma ehtimalı araşdırılmışdır. Qarışdırılma ehtimalının müəyyən olunması üçün axtarılan əsas meyarlar öyrənilmiş, Azərbaycan Respublikasının qanunvericiliyi və məhkəmə qərarlarında əmtəə nişanından tələb olunan xüsusiyyətlər model olaraq Türk əmtəə nişanı hüququ ilə müqayisə edilərək, boşluqların aradan qaldırılması üçün təklif və
tövsiyələr verilmişdir.

Bu post həm də digər dildə mövcuddur: English