Kölgə bankçılığı və onun yeni modelini necə tənzim etməli?

3 Baku St. U. L.Rev. 178 (2017)
Məqalənin dili: Azərbaycanca.

Annotasiya
Azad bazar iqtisadiyyatının inkişafı, hər gün yenilənən və artan maliyyə tələbatı nəticəsində yaranan və dayanmadan inkişaf edən Kölgə Bankçılığı əhatə etdiyi geniş vəsait həcmi ilə az qala bütün ənənəvi bank formalarını qabaqlayır. Məqalədə kredit əməliyyatlarının “yeni nəsil kuryeri” kimi Kölgə bankçılığının meydana gəlişi, anlayışı, tərkibindəki institutlar həmçinin hüquqi tənzimlənməsi araşdırılmışdır. Son illərdə meydana çıxan kölgə bankçılığının yeni modelinin də əks olunduğu bəzi maliyyə mütəxəssislərinin fikirləri təhlil edilmiş, hüquqi tənzimlənmənin Çin modeli təsvir olunmuşdur. Hüquqi mübahisələrin həlli və hüquqi tənzimləmə texnikasının inkişafında rolu üçün effektiv variant təklif edilmişdir.

Bu post həm də digər dildə mövcuddur: English