Sübutetmə standartı Azərbaycan mülki prosessual məhkəmə təcrübəsində (sübutların qiymətləndirilməsi standartı)

3 Baku St. U. L.Rev. 75 (2017)
Məqalənin dili: Azərbaycanca.

Annotasiya
Son dövrlərdə prosessual hüquqda sübutetmə standartı anlayışının geniş şəkildə istifadə olunması Azərbaycan mülki prosessual təcrübəsində də öz əksini tapmışdır. Məhz məqalədə əsas etibarilə sübutetmə standartı anlayışı, məhkəmənin həqiqətin müəyyən edilməsində rolu, sübutetmə standartına anqlo-sakson və kontinental hüquq mövqeyindən yanaşma, “sərbəst daxili inam” anlayışı, obyektiv sübutetmə standartında zəruriyyət, Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsində sübutetmə standartının Azərbaycan prosessual hüququna təsiri məsələləri ətraflı şəkildə araşdırılmışdır.


Bu post həm də digər dildə mövcuddur: English