Beynəlxalq hüquqda dövlətin öz əhalisini qorumaq məsuliyyətinin hüquqi əsasları

3 Baku St. U. L.Rev. 26 (2017)
Məqalənin dili: İngiliscə.

Annotasiya
Müasir beynəlxalq hüquq suveren vahid olan dövlətin bəzi daxili və xarici fəaliyyət imkanlarının məhdudluğu fərziyyəsi üzərində qurulmuşdur. Qorumaq məsuliyyəti dövlətin sərhəddaxili fəaliyyətindəki məhdudiyyətlərdən biridir. Məqalədə anlayışın əsas sütunu – dövlətin əhalisini genosid, etnik təmizləmə, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdən qoruması öhdəlikləri araşdırılır və müvafiq beynəlxalq hüquqi sənədlər analiz edilir: Soyqırım Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiya 1948, Aparteid Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiya 1973, Cenevrə Konvensiyaları. Müəllif dövlətin əhalini qorumaq məsuliyyətinin strukturunu müəyyən edir: (1) Pozitiv öhdəlik – qorumaq məsuliyyəti üzrə milli qanunvericiliyi pozitiv cəhətdən inkişaf etdirmək öhdəliyi kimi təsvir edilir, beynəlxalq cinayət törədən şəxslərin ittiham olunması öhdəliyi, qadağan olunmuş cinayətlərlə bağlı işlərin açılmasında əməkdaşlıq öhdəliyi və (2) dövlətin beynəlxalq cinayətlərdən çəkinməsi ilə bağlı neqativ öhdəlik. Müəllif bu nəticəyə gəlir ki, dövlətin beynəlxalq ictimaiyyətdən humanitar yardım qəbul etmək vəzifəsi hüquqən mövcud deyil.

Bu post həm də digər dildə mövcuddur: English