İnvestisiya arbitrajı qərarlarının icrası: problemlər və həll yolları

3 Baku St. U. L.Rev. 40 (2017)
Məqalənin dili: İngiliscə.

Annotasiya
Beynəlxalq investisiya arbitrajı investorlar və dövlətlər arasındakı mübahisələri həll etmək üçün əsas həll metodlarından biridir. Bu investorlara münaqişələrin həlli üçün qərarları əldə etmək və onları icra etmək üçün qeyri-siyasi üsul təklif edir. Lakin həyata keçirilmə mərhələsində onlar müəyyən beynəlxalq və milli qaydalardan qaynaqlanan problemlərlə üzləşirlər. Günümüzdə bu problemlərin aradan qaldırılması və arbitraj qərarlarının maneəsiz həyata keçirilməsi üçün müxtəlif həll yolları təklif olunur. Məqalədə arbitraj qərarlarının icrası zamanı yaranan problemlər və bu problemlərin həlli mövcud qanunlar və hüquq praktikası əsasında təhlil olunmuşdur. Baxmayaraq ki, hazırki həll yolları bir çox hallarda icra problemlərini aradan qaldırmaq üçün kifayət edir, problemləri tamamilə aradan qaldırmaq, xüsusilə dövlətlərin toxunulmazlığından qaynaqlanan problemi həll etmək üçün müəllif ICSID və Nyu-York Konvensiyalarına suveren toxunulmazlığın həyata keçirilməsindən imtinanı nəzərdə tutan maddə daxil edilməsini və qərar sonrası qarşılıqlı razılaşma üçün danışıqların təşkilini təklif edir.

Bu post həm də digər dildə mövcuddur: English