Telefonla aparılan danışıqların ələ keçirilməsi: Azərbaycan və ABŞ qanunvericiliyi və məhkəmə praktikasının müqayisəli təhlili

2 Baku St. U. L.Rev. 238 (2016)
Məqalənin dili: Azərbaycanca.

Annotasiya

Məqalədə telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların və başqa məlumatların ələ keçirilməsinin maddi və prosessual aspektləri, belə məlumatlara müdaxilənin cinayət məsuliyyəti yaratdığı və ya qanuni hesab edildiyi hallar yer almışdır. Açıq və məhdudlaşdırılan informasiyalar, onların əldə edilməsi və yayılmasının legitim hesab edildiyi şərtlər Azərbaycan Respublikasının və Amerika Birləşmiş Ştatlarının bu sahədə milli qanunvericiliyində və məhkəmə praktikasında öyrənilmiş və əlavə tövsiyələr verilmişdir.

Bu post həm də digər dildə mövcuddur: English