Subroqasiya – Risk transferi sənayesində hüquq ötürmə mexanizmi

2 Baku St. U. L.Rev. 206 (2016)
Məqalənin dili: İngiliscə.

Annotasiya

Məqalədə sığorta fəaliyyətinin əsas hüquqi konseptlərindən biri olan subroqasiyadan bəhs olunur. Məqalədə təhlil olunan məsələlər sırasında subroqasiyanın anlayışı və mənşəyi, tarixi əsası, subroqasiyanın növləri, anqlo-sakson və roman-german hüquq institutlarının yanaşması, subroqasiyanın sərt mövqeyini yumşaldan hüquqi təlimlər, ən geniş yayılmış ‘tam yerinə yetirmə’ hüquqi təlimi, bu təlimin üstün və zəif cəhətlərinin təhlili yer tutur. Eyni zamanda bu təlimin zəif cəhətlərinə baxmayaraq alternativsiz olduğu qeyd olunur. Bununla yanaşı, dəyişikliklərə olan ehtiyac da vurğulanır.

Bu post həm də digər dildə mövcuddur: English