Xarici məhkəmə qərarlarının tanınması və icrasına dair ictimai siyasət istisnası: İctimai siyasət istisnasına məhəl qoymamaq ABŞ iddiaçıları üçün mənfidir

2 Baku St. U. L.Rev. 155 (2016)
Məqalənin dili: İngiliscə.

Annotasiya
ABŞ vətəndaşları və əcnəbilərin iştirak etdiyi beynəlxalq xarakterli mülki məhkəmə işlərində tərəflər və müxtəlif millətlərə mənsub şəxslər arasında ədaləti təmin etməyin bir üsulu da xarici məhkəmə qərarlarının məcburiliyi və tanınması ilə bağlı ictimai maraqlar istisnasıdır. Bu istisnanı təcəssüm etdirən ədalət mühakiməsinin həyata keçirilməsinə yönəlmiş bir sıra məhkəmə işləri ictimai maraqlar ilə üzləşdikdə, öz işlərinə dair müntəzəm olaraq xarici məhkəmə qərarlarının məcburiliyindən imtina edən ABŞ çəkişmə tərəflərini pis vəziyyətdə qoymuşdur. Bütün bu müddət ərzində ABŞ məhkəmələri davamlı olaraq qarşılıqlı məhkəmə qərarlarının tanınmasında ikitərəfliliyə məhəl qoymamışdır. Bu səbəbdən digər dövlətlərdən fərqli olaraq ABŞ çoxtərəfli xarici məhkəmə işlərinə dair razılaşmanın imzalayan tərəfi olmur və səmərəli istifadə vasitəsi axtarır. Son nəticədə xarici məhkəmələr beynəlxalq xarakterli çəkişmələrdə əhəmiyyətli üstünlüklərini qoruyub saxlayır.
Bu məqalə ABŞ çəkişmə tərəflərinin xarici məhkəmələrə münasibətdə zərərə uğraması və ABŞ məhkəmələrinin məqsədəuyğun olmayan və səriştəsiz həll üsullarının tənqidinə yönəlmişdir. Bundan əlavə, məqalə ABŞ çəkişmə tərəfləri üçün ədalət mühakiməsinin, özünün xarici məhkəmə qərarlarına dair razılaşma layihəsi ilə müşayiət olunan ictimai maraqlar standartının müəyyən olunması vasitəsilə necə başlamasını aşkara çıxaracaq. ABŞ bu mövqeyi qorusa da, ictimai maraqlar siyasəti istisnası qarşılıqlı prinsiplər əsasında yenidən öz təsdiqini tapmalıdır. Amerika Birləşmiş Ştatları çəkişmə tərəflərinin məruz qaldığı ziyana qarşı sövdələşmə gücünü itirir və artıq bunu yenidən əldə etmək vaxtıdır.

Bu post həm də digər dildə mövcuddur: English