Təsərrüfat subyektlərinin qeyri-qanuni üfüqi sazişləri (kartellər) ilə mübarizəyə dair beynəlxalq təcrübə

2 Baku St. U. L.Rev. 70 (2015)
Məqalənin dili: Azərbaycanca.

Annotasiya
Müasir ticarətdə üfüqi sazişlər mənfəət əldə edilməsi yollarında biri kimi çıxış edir. Üfüqi sazişin tərəfi olan şirkətlər bazarda qeyri-rəqabət mühiti yaradaraq qiymət manipulyasiyası və ya digər vasitələrlə öz rəqiblərini bazardan çıxardır və ya yeni rəqiblərin bazara girməsinə mane olurlar. Bununla da bu cür sazişlər birbaşa azad bazar iqtisadiyyatına ağır zərbə vurur və istehlakçıların hüquqlarını kobud surətdə pozur. Məqalədə kartellərin ümumi xarakteristikasına, tarixinə, üfüqi sazişlər haqqında konsepsiyalara, kartellər əleyhinə qanunvericiliyə və Güzəşt Proqramlarına yer verilmişdir. Sonda Güzəşt Proqramlarının daha təkmil olması üçün şərtlər təhlil edilmişdir.

Bu post həm də digər dildə mövcuddur: English