Proqram lisenziyası müqavilələri: əsas növlər, hüquqi aspektlər və qaydalar

2 Baku St. U. L.Rev. 118 (2015)
Məqalənin dili: İngiliscə.

Annotasiya
Məqalədə müasir dövrün ən maraqlı hüquq sahələrindən olan İnformasiya Texnologiyaları (İT) hüququnun bir institutu – Proqramlaşdırma müqavilələrin təhlili öz əksini tapmışdır. Məqalədə Proqramlaşdırma müqavilələri, onların növləri, hüquqi cəhətləri, hüquqi tənzimləmələri və digər mühüm məsələlərə toxunulmuşdur. Bundan başqa məqalədə proqramlaşdırma müqavilələri ilə bağlı müxtəlif kazuslara yer ayrılmışdır ki, bu kazuslar mövzunun təhlilində mühüm əhəmiyyət kəsb edirlər. Məqalədə müxtəlif ölkələrin qanunvericiliklərinin proqramlaşdırma müqavilələrinə münasibəti, onların tətbiqi sahələrindən söz açılmış və bu müqavilələrin günümüzdəki əhəmiyyəti qeyd edilmişdir.

Bu post həm də digər dildə mövcuddur: English