Məqalənin dili: Azərbaycanca.
Annotasiya
Mülkiyyət münasibətlərinin məntiqi inkişafına uyğun olaraq ümumi mülkiyyət münasibətlərinin də dərindən tənzimlənməsinə ehtiyac yaranır. Mülki Məcəllənin 213-cü maddəsində ümumi mülkiyyətin iki növü paylı və birgə mülkiyyət halı qeyd olunur. Paylı mülkiyyət zamanı əşya üzərindəki mülkiyyət hüququ üzərində bir neçə şəxsin payının olması, mülkiyyətçilərin mənafelərinin qorunması üçün onlar arasında müəyyən tənizmlənmənin mövcudluğu zərurətini yaradır. Paydaşlar arasındakı nizamın pozulması məntiqi nəticə olaraq hüquqi məsuliyyətin yaranmasına gətirib çıxarır. Bəzən paylı mülkiyyətçiyə ümumi qəbul olumuş sanksiyaların tətbiq olunması, məsələnin həll olunması üçün kifayət etmir. Paydaş yenidən digər mülkiyyətçilərin mənafelərini pozmağa davam edir. Bu zaman problemin kökündən həll olunması və paylı mülkiyyət münasibətlərinin iştirakçılarının qanuni mənafelərinin daimi olaraq digər paydaş tərəfindən pozulmasının qarşısının alınması üçün qanunvericiliyə həmin paydaşın məhkəmə qərarı ilə paylı mülkiyyət münasibətlərindən çıxarılmasını təmin edən normanın salınması zərurəti yaranır.
Bu post həm də digər dildə mövcuddur: English