Beynəlxalq Kommersiya Arbitrajında ictimai qayda: Azərbaycan perspektivi

1 Baku St. U. L.Rev. 84 (2015)
Article language: Azerbaijani.

Annotasiya
Arbitraj mübahisələrin həll edilməsinin xüsusi metodu olaraq, heç də hər zaman arbitraj qərarları müvafiq dövlətlərin qanunlarına və hüquqi maraqlarına uyğun olmur. Bu problemlərdən yayınmaq üçün konvensiyalar, milli qanunlar və model qanunvericilik aktları ictimai qayda konsepsiyası şərtini qoyur. Arbitraj qərarları arbitrajın yerləşdiyi və ya ev sahibi dövlətin ictimai qayda şərtlərinə uyğun olmalıdır. Buna baxmayaraq, başqa dövlətlərdən fərqli olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ictimai qayda şərtini irəli sürmür. Bunun əvəzinə Azərbaycan Respublikasında arbitraj qərarları Azərbaycan Respublikasının Konstitusiyası ilə uyğunluq təşkil etməlidir. Bu məqalə, bu cür qanunvericiliyin dövlətin suverenliyinə və rifahına yaratdığı riskdən və digər dövlətlərin məhkəmə qərarları və qanunvericilik təcrübəsini, alimlərin fikirlərini və beynəlxalq təşkilatların ictimai qayda konsepsiyasına dair şərhlərini müzakirə edir.

Bu post həm də digər dildə mövcuddur: English