Məqalənin dili: İngiliscə.
Annotasiya
Məqalədə müasir ticarətin sürətlə inkişaf edən sahələrindən olan elektron ticarətin, elektron ödəniş sistemlərinin anlayışlarının müqayisəli təhlili yer almışdır. Beynəlxalq vergi sistemləri, birbaşa və dolayı vergi tutma, müəssisələrin izolyasıyası və ona qarşı tətbiq edilən “qol uzunluğu” prinsipi, rezident və gəlir mənbəyi üzrə vergiyə cəlb etmə, təyin yeri və mənbə prinsiplərinin tətbiqi məsələləri məqalənin məlumatlandırıcı hissəsini təşkil edir. Kompüter serverinin elektron ticarətdən vergi tutma obyekti olaraq “daimi təsisat” və “əlaqə” konsepsiyası rolunu oynaması və müxtəlif yurisdiksiyalarda yaranan fərqli yanaşmalar öz əksini tapmışdır. Elektron ticarətdən vergi tutmada elektron imza sisteminin tətbiqinin imtiyazları və müvafiq olaraq hüquqi və texniki nəzarət mexanizminin yaradılmasına dair təkliflər məqalənin özəyini təşkil edir. Əlavə olaraq hüquqi və texnoloji təkliflərə dəstəklənən e-imza sistemin təsis olunması üzrə mümükn çərçivə də məqalədə göstərilir.
Bu post həm də digər dildə mövcuddur: English