Qiymətləndirmə Siyasəti

Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı öz resenziyasını “ikitərəfli anonim rəyçilik” prinsipi əsasında aparır. Resenziyanın bu formasında müəllif və rəyçinin kimliyi bir-birinə bəlli olmur.

Bu siyasət resenziya prosesini: redaksiya qiymətləndirməsi, rəyçi seçimi, məqaləyə rəy verilməsi və yekun qərarla bağlı tənzimləmələri nəzərdə tutur.

Mündəricat:

I. Redaksiya qiymətləndirməsi

II. Rəyçi seçimi

III. Məqaləyə rəy

IV. Yekun qərar

I. Redaksiya qiymətləndirməsi

Redaksiya heyəti məqaləni ilkin baxışdan keçirərək təqdim edilmiş məqalənin resenziyaya uyğun olub-olmadığını müəyyənləşdirir. Bu proses yalnız ilkin tələbləri qarşılayan yazıların rəyçilərə göndərilməsini təmin edir. Məqalə ilkin qiymətləndirməni uğurla başa vurduqdan sonra resenziya mərhələsinə keçir; müvafiq meyarlara cavab vermədikdə isə imtina qərarı göndərilir.

II. Rəyçi seçimi

BDU Tələbə Hüquq Jurnalında müxtəlif hüquq sahələrindən olan rəyçilərin məlumat bazası mövcuddur. Bu databaza hər bir məqalənin müvafiq sahədə ixtisaslı rəyçilərə göndərilməsini təmin edir. Rəyçilər ixtisaslaşdıqları sahəyə və akademik təcrübələrinə əsasən seçilirlər.

III. Məqaləyə rəy

Rəyçilər məqaləni rəy formuna əsasən qiymətləndirirlər. Daha sonra rəyçilər qəbul, şərti qəbul və ya imtina ilə bağlı tövsiyələri əks etdirən yekun hesabatları təqdim edirlər. Bu hesabat Redaksiya Heyətinin yekun qərarı üçün önəmli rol oynayır.

IV. Yekun qərar

Resenzentin müvafiq rəyini nəzərə alaraq və Redaksiya Heyəti ilə müzakirə apararaq Baş Redaktor məqalənin qəbulu ilə bağlı yekun qərarı verir. Daha sonra qəbul edilmiş yazı məqalə tələblərinə uyğunlaşdırılması üçün redaktə olunur.

Bu post həm də digər dildə mövcuddur: English