Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı BDU Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin nəşri olmaqla tələbələr tərəfindən təşkil olunan və müvafiq akademik yoxlama qaydası ilə redaktə edilən ilk və tək jurnal olub milli və müqayisəli hüquqda mövcud olan müasir hüquq problemlərinə akademik səviyyədə peşəkar yanaşmanı təbliğ edir. Jurnalın əsası 2014-cü ilin noyabr ayında qoyulub. Nəzəri fikirləri, dünya dövlətlərinin məhkəmə və qanunvericilik təcrübəsini ümumiləşdirərək mübahisəli məqamlara aydınlıq gətirmək, hüquq cəmiyyətinə həm elmi, həm də praktiki müstəvidə yaradıcı düşüncə və hüquqi tənqid qabiliyyətini, hüquq mədəniyyətini aşılamaq Jurnalın fundamental prinsipidir. Jurnal tərkibindəki məqalələr vasitəsilə aktual məsələlərə hüquqi əsaslandırmaya və hüquq elminin imkanlarına istinad etməklə mümkün həllərin irəli sürülməsini və təkrarçılıqdan yayınmaq təşviqini prioritet məqsəd kimi müəyyənləşdirir. Hüquq tələbələrinin hüquqi yazı və hüquqi düşüncə bacarıqlarını üzə çıxararaq inkişaf etdirməklə onları akademik araşdırmaya həvəsləndirmək və bunu sağlam elmi rəqabət ənənəsinə çevirmək Jurnalın daimi məramını təşkil edir.
Jurnalın ilk Buraxılışı təsisçi Orxan Abdulkərimlinin, 2-ci Buraxılışı Mehran Əmirlinin, 3-cü Buraxılışı Kənan Mədətlinin, 4-cü Buraxılışı Nurlan Məmmədlinin, 5-ci Buraxılışı Elvin İsayevin, 6-cı Buraxılışı Kənan Abdullayevin, 7-ci Buraxılışı Ceyhun Xəlilovun, 8-ci Buraxılışı Gültəkin Səfərlinin, 9-cu Buraxılışı Rüfət Nağıyevin baş redaktorluğu ilə dərc olunmuşdur. Hazırda isə 10-cu Buraxılışın dərc prosesi Mansur Səmədovun baş redaktorluğu ilə davam edir.
Jurnal dünyanın ən böyük hüquqi araşdırma məlumat bazası olan HeinOnline və Scopus-a daxil edilmişdir;
ISSN 2412-5555
Müəllif haqları: © 2014-2023. Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyəti.