“Vicdanlılıq” prinsipinin Azərbaycan Respublikasının mülki qanunvericiliyi və məhkəmə təcrübəsindəki məqsədi

10 Baku St. U. L.Rev. 174 (2024)
Məqalənin dili: İngiliscə.

Annotasiya
Bu məqalədə tərifi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin ayrıca normasında müəyyən edilmiş vicdanlılıq prinsipinin Azərbaycan Respublikası məhkəmələri tərəfindən tətbiqi problemləri araşdırılır. Xüsusilə, tərəflərin hərəkətlərinin Mülki Məcəllədəki normada verilən təriflə tam üst-üstə düşmədiyi hallarda məhkəmələrin bu məsələni necə həll etməsi barədə sual yaranır. Digər ölkələrin qanunvericiliyinin və məhkəmə təcrübəsinin təhlili əsasında belə qənaətə gəlinir ki, müqavilə azadlığı prinsipinə əsaslanaraq tərəflər müqavilədə vicdanlılığı müəyyən etmək üçün öz fərdi meyarlarından da yararlana bilərlər.

Bu post həm də digər dildə mövcuddur: English