Hüquqi mübarizə meydanı: Beynəlxalq Hüquq Komissiyası tərəfindən qəbul edilmiş prinsiplər layihəsinin tətbiqi və silahlı münaqişələr zamanı ətraf mühitin mühafizəsi

10 Baku St. U. L.Rev. 153 (2024)
Məqalənin dili: İngiliscə.

Annotasiya
Tarix boyu, dövlətlərin hələ tam inkişaf etmədiyi dövrlərdə belə müharibələr geniş yayılmışdı. Hökmdarlar, padşahlar və sultanlar müxtəlif səbəblərdən: əraziləri genişləndirmək, öz sərvətlərini artırmaq və insanları özlərindən asılı vəziyyətə salmaq üçün münaqişələrə girirdilər. Müharibəni aradan qaldırmaq cəhdlərinə baxmayaraq, bəziləri bunu təbiətin qanunu kimi əsaslandırmağa davam edir. Müharibələr yalnız ölüm, xəstəlik, aclıq və yoxsulluq kimi böyük dağıntılara səbəb olmaqla qalmır, həm də təbiətə ciddi zərərlər yetirir. Əkin sahələrinin itirilməsi, su qıtlığı və zəhərli tullantıların səbəb olduğu çirklənmə kimi ciddi problemlər ortaya çıxır. Bu məqalə silahlı münaqişələrin ətraf mühitə təhlükəli təsirini və qüvvədə olan beynəlxalq mühafizə tədbirləri və konvensiyaları araşdıracaq. Məqalədə həmçinin Qarabağ münaqişəsi tədqiq ediləcək və bu məsələlərin həllində Beynəlxalq Hüquq Komissiyası tərəfindən qəbul edilmiş silahlı münaqişələrlə bağlı ətraf mühitin mühafizəsinə dair Prinsiplər Layihəsinin (bundan sonra “prinsiplər layihəsi” adlanacaq) mümkün geriyə təsirinə dair hipotetik yanaşmaya nəzər yetiriləcəkdir.

Bu post həm də digər dildə mövcuddur: English