Yol ayrıcında istiqamət seçmək: Tütünlə mübarizə qanunvericiliyi ilə Zambiyada əmtəə nişanı hüquqlarının balanslaşdırılması

10 Baku St. U. L.Rev. 137 (2024)
Məqalənin dili: İngiliscə.

Annotasiya
Tütün uzun müddətdir becərilən məhsuldur. Məhsulu yetişdirən ölkələr yerli fermerlər üçün iş yerlərinin yaradılması və tütünçülüyün iqtisadi baxımdan onlara verdiyi töhfə səbəbi ilə onun yetişdirilməsini əsaslı hesab edirlər. Buna baxmayaraq, tütündən istifadənin yaratdığı mənfi təsirlər qlobal səviyyədə danılmaz olaraq qalır. Nəticə etibarilə 2003-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “Tütünə qarşı mübarizə haqqında” Çərçivə Konvensiyası (bundan sonra – Konvensiya) qəbul edilmişdir. Konvensiya əhalinin sağlamlığını tütünün və onun mənfi təsirlərindən qorumaq məqsədi daşıyır. Buna görə də o, üzv dövlətləri tütün məmulatlarının sadə qablaşdırılması kimi tütün istehlakının azaldılmasına yönəlmiş tədbirlər və strategiyalar qəbul etməyə çağırır. Zambiya hökuməti 2008-ci ildə qoşulduğu Konvensiya ilə üzərinə düşən öhdəliklərdən xəbərdar olsa da, milliləşdirmə çağırışlarına məhəl qoyulmamışdır. Bu məqalədə hökumət tərəfindən Konvensiyanın milliləşdirilməməsinin sağlamlıq hüququnun pozuntusu olduğu və bütövlükdə, tütün şirkətlərinə FCTC-nin sadə qablaşdırma tələbi ilə müqayisədə əmtəə nişanı hüququndan istifadə etmək imkanı yaratdığı göstəriləcək.

Bu post həm də digər dildə mövcuddur: English