Məqalənin dili: Azərbaycanca.
Annotasiya
Süni İntellekt (bundan sonra – Sİ) artıq hüquq da daxil olmaqla, bir çox sahədə gündəlik olaraq tətbiq edilir. Sİ-dən istifadənin artan tempdə davam etməsi özü ilə bərabər həm üstünlüklər, həm də risklər gətirir. Belə ki, Sİ işlərin avtomatlaşdırılması, hüquqi araşdırmaya ayrılan vaxtın azaldılması və hüquqi yazının daha tez tərtib edilməsi kimi üstünlüklərə malikdir. Bununla belə, vəkilin yeni, süni intellektli köməkçisi yanlış faktların təqdim edilməsi və fərdi məlumatların yayılması kimi riskləri də özündə daşıyır. Bu məqalədə Sİ-nin vəkillik peşəsinə təsiri ABŞ-də bir sıra vəkillər kollegiyaları tərəfindən qəbul edilmiş tənzimləmələr kontekstində araşdırılır. Həmçinin yazıda həmin sənədlərlə Azərbaycandakı vəkillik peşəsini tənzimləyən aktlar müqayisəli olaraq təhlil edilmiş, milli qanunvericilikdəki boşluqlar müəyyənləşdirilmişdir. Sonda isə Sİ texnologiyasından istifadənin cəmiyyətdə sürətlə yayılmasını nəzərə alaraq qanunvericilikdəki boşluqların aradan qaldırılması üçün təkliflər verilmişdir.
Bu post həm də digər dildə mövcuddur: English