Bakı Dövlət Universitetinin Tələbə Hüquq Jurnalının 10-cu Buraxılışı üçün yubiley münasibətilə yazmaq təklifi almağım məndə qürur hissi oyatmaqla yanaşı, gözümün önündə böyüyən bu 10 yaşlı “uşağ”ın keçdiyi yolu və gələcəyi barədə fikirlərimi təsvir etmək sevincini də bəxş etmiş oldu. Bu yolda ilk addımları atanlardan biri olaraq zamanla ölkəmizdə önəmli hüquqi nəşr və keyfiyyətli akademik hüquqi müzakirə məkanına çevrilən Jurnalın qurulma məqsədləri, eləcə də keçmişi barədə bəzi təəssüratlarımı, gələcəyi və hədəfləri barədə baxışlarımı bölüşəcəyəm.
Bu post həm də digər dildə mövcuddur: English