Xalqların özünü müəyyənetmə prinsipi

1 Baku St. U. L.Rev. 23 (2015)
Məqalənin dili: Azərbaycanca.

Annotasiya
Məqalədə müasir beynəlxalq hüququn 10 əsas prinsipindən biri olan “xalqların özünü müəyyənetmə” prinsipi araşdırılmışdır. Məqalənin məqsədi prinsipin realizəsi zamanı meydana çıxa biləcək qeyri-müəyyənlikləri aradan qaldırmaqdan ibarətdir. Həmçinin müxtəlif beynəlxalq sənədlərin təhlil edilməsi yolu ilə beynəlxalq hüququn aktual və mübahisəli problemlərindən biri kimi özünü müəyyənetmə hüququnun daxili və xarici aspektləri, realizəsinin hüdudları müəyyən edilmiş, məzmunu açılaraq xalq, millət və milli azlıq terminləri fərqləndirilmiş, bu hüququn yalnız xalqlara məxsus olması qənaətinə gəlinmişdir. Eləcə də, xalqların özünü müəyyənetmə hüququnun yalnız müstəmləkə əsarəti altında olan xalqlara şamil edilməsi, onun realizəsinin separatizmə yol açmasının mümkünsüzlüyü, beynəlxalq hüququn digər prinsipləri ilə sıx qarşılıqlı əlaqədə olması və uzlaşması məqalənin əsas məzmununu təşkil edir.

Bu post həm də digər dildə mövcuddur: English