Azərbaycandan Avropa və ABŞ-yə: Kreditorların müdafiəsi sahəsində nizamnamə kapitalı tələblərinin effektivliyinin tədqiqi

10 Baku St. U. L.Rev. 221 (2024)
Məqalənin dili: İngiliscə.

Annotasiya
Nizamnamə kapitalı müəyyən standartlara cavab verdikdə şirkətləri potensial müflis olma riskindən qoruyaraq kreditorlar üçün zəmanət rolu oynaya bilir. Bununla belə, bu standartların gözlənilib-gözlənilməməsi müzakirə mövzusudur. Sözügedən məsələ Avropadan Amerikaya bir çox yurisdiksiyalarda müxtəlif yanaşmalar meydana gətirir. Yerli qanunvericilikdə isə nizamnamə kapitalının ödəməli olduğu tələblər “kreditorların marağı” etalonu ilə ölçülür. Bu ifadə olduqca qeyri-müəyyən olduğundan Azərbaycan qanunvericiliyində kreditorların maraqlarının effektiv müdafiəsi üçün nizamnamə kapitalı qaydalarının daha dəqiq tənzimlənməsinə ehtiyac duyulur. Odur ki, bu boşluğu aradan qaldırmaq məqsədilə məqalədə müxtəlif yurisdiksiyalar təhlil edilərək nizamnamə kapitalı qaydalarının şirkətlərin maliyyə sabitliyi və kreditorların maraqlarının müdafiəsindəki rolu təhlil edilmişdir. Daha sonra Azərbaycan Respublikasının Mülki Məcəlləsində Məhdud Məsuliyyətli Cəmiyyətlər üçün konkret minimum nizamnamə kapitalı tələbinin olmamasından irəli gələn məsələlərə diqqət yetirilərək konkret təkliflər irəli sürülmüşdür.

Bu post həm də digər dildə mövcuddur: English