Məqalənin dili: İngiliscə.
Annotasiya
Formların ziddiyyəti müxtəlif dövlətlərin məhkəmələrinin öz yanaşmaları olan, həll olunmamış hüquqi problemlərdən biridir. Formaların ziddiyətinə münasibətdə ədəbiyyatda üç əsas yanaşma mövcuddur: 1) yerli yanaşma 2) “last shot” qaydası 3) “knock-out” qaydası. Amma ən çox 2-ci və 3-cü yanaşmalar bir-biri ilə rəqabətdədirlər. Razılığa gələn dövlətlərin bəzi məhkəmələri Konvensiyaya onun 19-cu maddəsinə istinadən last shot qaydasını tətbiq edərkən, digər razılığa gələn dövlətlər knock-out qaydasını tətbiq etməklə konvensiyanın ümumi prinsipləri çərçivəsindəformaların ziddiyyəti problemini həll etməyə çalışırlar. Məqalədə formaların ziddiyyəti probleminin ən uyğun həllinin tapılması məqsədilə bu üç yanaşmanın əsas əlverişli və əlverişsiz cəhətləri müzakirə olunmuşdur. Nəticədə, güman olunur ki, məhkəmələr ziddiyyətli standart şərtlərin həllində knock-out qaydasını tətbiq etməlidirlər.
Bu post həm də digər dildə mövcuddur: English