Məqalənin dili: İngiliscə.
Annotasiya
Ötən əsrin 50-ci illərinin sonlarından etibarən, beynəlxalq investisiya hüququnda xarici investorlar və ev sahibi dövlətlər arasında razılaşdırılan öhdəliklərin yerinə yetirilməsinə təminat məqsədi güdən və ‘çətir müddəaları’ adlanan yeni bir termin ortaya çıxmışdır. Buna baxmayaraq yeni minilliyin başlanğıcından bəri, çətir müddəaları müqavilə hüququ və beynəlxalq ümumi hüquq arasındakı fərqi ortadan qaldırması kimi bir sıra tənqidlərlə üz-üzə gəlmişdir. Beynəlxalq enerji investisiya sazişlərində, o cümlədən Enerji Xartiyası Sazişində istifadə olunan sözlər bu müddəaların bütün öhdəlikləri, yoxsa investorlar qarşısında qəbul edilən spesifik öhdəlikləri əhatə etməsi sualını doğurur. Bu məqalədə çətir müddəaları anlayışı müzakirə edilmiş, Enerji Xartiyası Sazişinin 10-cu maddəsinin 1-ci bəndi beynəlxalq arbitrajların presedent hüququna istinad olunmaqla izah edilmişdir.
Bu post həm də digər dildə mövcuddur: English