Məqalənin dili: Azərbaycanca.
Annotasiya
Dünyanın təbii ehtiyatlarının limitli olması və dünyada əhalinin çoxalması dünya xaricindəki ethiyatlara olan ehtiyacı qaçılmaz edir. Baxmayaraq ki, bütün dünyada kosmos mədənçiliyi təşəbbüsləri getdikcə çoxalır, hazırki kosmos hüququ bu fəaliyyət üçün effektiv hüquqi tənzimləmə təklif etmir. Xüsusilə, “Kosmos” müqaviləsinin II maddəsində nəzərdə tutulan mənimsəməmə prinsipi kosmos mədənçiliyi ilə bağlı hüquqi qeyri-müəyyənliklər yaradır. Bu məqalə II maddənin qeyri-müəyyən xarakterinin kosmosun təbii ehtiyatlarının çıxarılmasının və istifadəsinin qanuniliyinə necə təsir etdiyini göstərməyə çalışır. Eyni zamanda, kosmos hüququnun 1950-ci illərdən bəri necə təkamül etdiyi göstərilir. Məqalədə kosmos mədənçiliyinin önəmi və bu sahədəki təşəbbüslər də müzakirə olunur.
Bu post həm də digər dildə mövcuddur: English