Məqalənin dili: İngiliscə.
Annotasiya
Bu məqalə dünyanın ən iri iqtisadiyyatının mərkəzi bankı olan ABŞ Federal Rezerv Sisteminin (FED) strukturu və fəaliyyət prinsiplərinin, habelə FED-in 2008-ci ilin qlobal maliyyə böhranının yaranmasındakı rolunun müzakirəsinə həsr edilmişdir. Məqalənin birinci hissəsində FED-in fəaliyyəti haqqında ümumi məlumat verildikdən sonra, həmin qurumun əsas funksiyalarını təmin edən struktur elementləri və onların iş prinsipi təhlil edilir. Üçüncü hissədə maliyyə böhranından əvvəlki tarixə nəzər salınmaqla, böhranın əsas yaranma səbəblərindən biri olmuş “subprime” ipoteka köpüyünün yaranmasını və partlamasını şərtləndirmiş faktorlar, o cümlədən FED-in maliyyə siyasətindəki səhvlər diqqətdən keçirilir. Məqalənin nəticə hissəsində FED-in maliyyə siyasətindəki nöqsanlar ümumiləşdirilməklə, alternativ anti-böhran tənzimləmə yanaşması təklif olunur.
Bu post həm də digər dildə mövcuddur: English