BEPS ilə nə etməli?

2 Baku St. U. L.Rev. 96 (2015)
Məqalənin dili: İngiliscə.

Annotasiya
Çoxlu sayda transmilli korporasiyaların yaranması və sərhədlərarası iqtisadi münasibətlərin artan inkişafı geniş istifadə olunan anlayışlar və tənzimləmələrə böyük təsir göstərir. Bu təsir uzun zamandır işlənən fenomenləri ya mürəkkəbləşdirir ya da yeni problemlər yaradır ki, bu dəyişikliklər, eyni zamanda, vergi orqanlarına çətinliklər yaradır. Korporasiyaların vergidən yayınması ümumi şəkildə Baza Eroziyası və Mənfəətin Yerdəyişdirilməsi (BEMY) kimi adlandırılır. Bu məqalə də BEMY-in araşdırılmasına və bunun üçün həll yolunun verilməsinə həsr olunub. Bunun üçün beynəlxalq vergi hüququndakı boşluqlar, dövlətlərin vergi rəqabəti, ofşor zonalar, elektron ticarət, hibrid maliyyə əməliyatları, transfer qiymətləri, “Apple” və “Amazon” kimi korporasiyaların vergi strukturu və vergi planlaşdırması araşdırılır və Beynəlxalq Vergi Təşkilatının yaradılması həll yolu kimi verilir və onun fəaliyyətinin necə həyata keçirilməsi təklif olunur.

Bu post həm də digər dildə mövcuddur: English