Məqalənin dili: İngiliscə.
Annotasiya
Ümumdünya Ticarət Təşkilatı dövlətlərarası ticarəti tənzimləməkdədir. ÜTT bütün beynəlxalq ticarətin doxsan beş faizini təşkil edən ticarət rejimli üzv dövlətlər arasında bağlanmış müqavilə əsasında formalaşmışdır. ÜTT bir neçə əsas müqavilələri ehtiva edir ki, buraya GATT, GATS və digər məsələlər üzrə sanitar və fitosanitar tədbirlər, ticarətə texniki maneələr daxil olmaqla tərəfdaşlıq sazişləri də daxildir. Məqalədə GATT-ın ümumi ictimai dəyərlərlə bağlı istisnaları araşdırılmışdır. Bu istisnaların yaranma səbəbləri, onların tarixi və şərhi verilmiş, eyni zamanda konkret məhkəmə təcrübələri əsasında yazılmışdır. Həm GATT, həm də GATS-də təsbit olunmuş “ictimai dəyər” maddəsi bu sazişlərdə olan ticarətin liberallaşdırılması əsas öhdəliyinə bir sıra ümumi istisnalardan biridir. Bir çox araşdırmalar göstərir ki, ictimai dəyər istisnası ÜTT çərçivəsində və xaricində beynəlxalq ticarət əlaqələrində getdikcə daha vacib rol oynayacaqdır.
Bu post həm də digər dildə mövcuddur: English