Sənaye mülkiyyətinə münasibətdə 1883-cü il Paris Konvensiyası və Azərbaycan qanunvericiliyinin müqayisəli təhlili

7 Baku St. U. L.Rev. 168 (2021)
Məqalənin dili: Azərbaycanca.

Annotasiya
Son illər bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da iqtisadiyyatın inkişafında sənaye mülkiyyətinin rolu əhəmiyyətli dərəcədə artmışdır. Müasir dövrdə sənaye mülkiyyəti obyektləri dövlətin və cəmiyyətin inkişafında mühüm yer tutur. Bu da sənaye mülkiyyəti hüquqlarının təminatı məsələsinə xüsusi diqqət yetirilməsi zərurətini ortaya qoyur. Azərbaycan Respublikası qanunvericiliyində sənaye mülkiyyəti ilə bağlı, xüsusən, onun hüquqi mühafizəsi ilə bağlı bir sıra problemlər mövcuddur. Məqalədə qanunvericilikdə olan mövcud problemlər 1883-cü il Paris Konvensiyası və milli qanunvericilik arasında olan prinsipial fərqlər fonunda ortaya qoyulmuşdur. Məqalədə sənaye mülkiyyəti sahəsində qəbul edilmiş ilk beynəlxalq sənədlərdən olan 1883-cü il Paris Konvensiyası və Azərbaycan Respublikasında qəbul edilmiş bir sıra normativ-hüquqi aktlar müqayisəli təhlil edilmiş, sənaye mülkiyyəti obyektlərinin təsnifatı, onlardan istifadəyə dair hüquqların verilməsi və “qudvil” anlayışı, sənaye mülkiyyətinin mühafizəsi və s. məsələlərlə əlaqədar qanunvericiliyin mövcud vəziyyəti göstərilmiş, əsas problemlər ortaya qoyulmuşdur. Həmçinin məqalədə Azərbaycan Respublikasının hüquq sistemi üçün yeni sayılan “qudvil” anlayışından və onun əhəmiyyətindən bəhs edilmişdir. Yekunda isə məqalədə sözügedən məsələlərlə əlaqədar qanunvericiliyin gəldiyi son vəziyyət və üzləşdiyi problemlər göstərilmiş, bununla bağlı mövcud durumu dəyişmək üçün təkliflər verilmişdir.

Bu post həm də digər dildə mövcuddur: English