Yayınma doktrinası, tarixi və hüquqi kökləri

7 Baku St. U. L.Rev. 193 (2021)
Məqalənin dili: İngiliscə.

Annotasiya 
Malların daşınmasının ən geniş yayılmış yolu hələ də dəniz olduğundan dəniz yolu üzərindən mal daşınması ilə bağlı qaydalar aydın şəkildə araşdırılmalıdır. Malların dəniz yolu ilə daşınması, daşınma müqaviləsi, sığorta, məsuliyyət və kompensasiya kimi hüququn fərqli aspektlərini əhatə edə bilər. Müqavilədə yükgöndərən tərəfindən yerinə yetirilməli olan müxtəlif müddəalar və öhdəliklər mövcuddur. Müqavilənin ən vacib müddəalarından biri olan “yayınma” həmişəki və ya ənənəvi yoldan çıxma mənasını verir. Təqsir yükgöndərənin haqlı olduğunu sübut etməməsi və ya müqavilədə yayınma maddəsi olmadığı təqdirdə onun üzərinə qoyulur. Əgər yayınma yanacağa qənaət etmək və ya işçi qüvvəsini azad etmək məqsədli yayınma deyilsə və bu zaman hər hansı bir dəniz təhlükəsi yükün itirilməsinə və ya zədələnməsinə səbəb olarsa, yükgöndərən məsuliyyət daşıyır və sığortaçı zərərin əvəzini ödəməyəcək. Həmçinin yayınmanın əsaslı hesab olunacağı nümunələr də var. Bu məqalədə yayınma, “əsaslı yayınma” anlayışları araşdırılacaq və bununla əlaqədar müxtəlif tarixi və müasir hadisələr üzərindən keçilməklə onun zaman zəminində necə dəyişdiyi aydınlaşdırılacaq.

Bu post həm də digər dildə mövcuddur: English