Məqalənin dili: Azərbaycanca.
Annotasiya
Üç onillikdən artıq müddətdə Azərbaycan təcavüzə məruz qalmış və ərazilərinin əhəmiyyətli hissəsi işğal altında olmuşdur. Bu işğal altında olan ərazilər beynəlxalq hüquqa görə həmişə Azərbaycanın ərazisi olaraq tanınmışdır. Amma tanınma dövlətin bu ərazilərdə suveren hüquqlarından istifadə və onları tətbiq etməsi üçün kifayət etməmişdir. Ən önəmlisi isə bu üç onillik ərzində Azərbaycan gündəlik olaraq təcavüzkarın silahlı hücumlarının ünvanı olmuşdur. Bu silahlı hücumları dayandırmaq, ərazilərinin işğalına son qoymaq və bu ərazilər üzərində suverenliyini bərpa etmək üçün Azərbaycan qırx dörd gün davam edən müharibəni aparmış və qalib gəlmişdir. Beynəlxalq hüquq baxımından Azərbaycanın hərbi əməliyyatları, bir dövlətin ərazisini işğaldan çeyrək əsr keçdikdən sonra azad edə bilərmi sualını yenidən gündəmə gətirmişdir. Başqa sözlə, dövlətin işğalda olan ərazisini uzun müddət keçdikdən sonra azad etmək üçün güc tətbiq etmək hüququ varmı? Ümumiyyətlə, bu hallarda beynəlxalq hüquqda gücün statusu nədir? Bu baxımdan Azərbaycanın güc tətbiq etmək hüququ nədən ibarətdir? Hazırki məqalədə bu suallara cavab axtarılmışdır.
Bu post həm də digər dildə mövcuddur: English