Avropa İnsan Hüquqları Məhkəməsində din azadlığı və ifadə azadlığı arasında qarşılıqlı əlaqə

8 Baku St. U. L.Rev. 164 (2022)
Məqalənin dili: İngiliscə.

Annotasiya
Bu məqalədə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında əks olunan iki əsas hüquq – din azadlığı və ifadə azadlığı arasındakı qarşılıqlı əlaqəni təhlil edilir. Bununla əlaqədar, ilk növbədə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu iki hüquq üzrə konkret məhkəmə mübahisələrini həll etmə yollarından bəhs ediləcəkdir. Həmçinin, məqalədə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları əsasında formalaşmış hüquqi mövqeyə uyğun olaraq qeyd olunan hüquqlardan birinin həyata keçirilməsinin digər hüququn həyata keçirilməsinə təsiri müzakirə ediləcək və bir hüquqdan istifadənin digər hüququn istifadəsinə məhdudiyyətlər qoyulmasına haqq qazandırıb-qazandırmaması kimi suallara cavab tapmağa çalışılacaqdır.

Bu post həm də digər dildə mövcuddur: English