Fövqəladə vəziyyətlərdə elektrik fakturalarının tənzimlənməsi üzrə İtaliya və Almaniya hüququnun müqayisəli təhlili

8 Baku St. U. L.Rev. 93 (2022)
Məqalənin dili: İngiliscə.

Annotasiya

Məqalədə diqqət, ilk növbədə, enerji ödənişləri ilə bağlı Avropa tənzimləmə istiqamətlərinin təhlilinə yönəldilir. İkincisi, bu məqalədə iki Avropa ölkəsinin: Almaniya və İtaliyanın elektrik enerjisi hesablama qaydaları araşdırılacaqdır. Bu məqalənin birinci hissəsi iki ölkədə elektrik enerjisi ödənişlərinin strukturu və nizam-intizamındakı fərqləri əhatə edəcəkdir. Məqalənin ikinci hissəsində isə hər iki Avropa Birliyi ölkəsinin fövqəladə vəziyyət dövründə elektrik enerjisi hesablarına necə tənzimlədiyinə baxılacaqdır. İtaliya üçün diqqət həm 2016-cı ildə Marke bölgəsində baş vermiş və regionun 138 bələdiyyəsini dağıtmış zəlzələ zamanı, həm də COVID-19 pandemiya dövrünə yönəldilsə də, Almaniya üçün araşdırma yalnız pandemiya zamanı fövqəladə vəziyyətin elektrik enerjisi hesabları ilə bağlı qaydalarına diqqət yetirəcəkdir. Məqalənin xülasəsi fövqəladə vəziyyət dövründə elektrik enerjisi hesablarının təqdimində hər iki ölkənin təcrübəsinin müqayisəsini təşkil edəcək və beləliklə, ölkələrin bu xüsusi fövqəladə hallar zamanı necə reaksiya verdiyini müəyyənləşdirəcəkdir.

Bu post həm də digər dildə mövcuddur: English