Connect with us

Bloq – Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı

Hüquqi məlumat bazaları

time-fi

Bloq

Hüquqi məlumat bazaları

Hüquqi araşdırma məlumat bazaları hüquqi-akademik tədqiqatın aparılması üçün vasitədir, xüsusilə də “online” məlumat bazaları. Hüquqi məlumat bazalarında əsasən, hüquq jurnalları, qəzetlər, məhkəmə qərarları, kitablar və məqalələr yerləşdirilir və bunun sayəsində siz istədiyiniz mənbədən məlumatları tez bir zamanda əldə edə bilərsiniz. Dünyanın bir çox universitetləri öz tələbələrinin və müəllimlərinin işlərini asanlaşdırmaq məqsədi ilə belə məlumat bazalarına üzv olur ki, tələbələr və müəllimlər məlumat bazasından daha tez, səmərəli və sürətlə istifadə edə bilsinlər (institutional subscription).

Dünyanın ən böyük hüquqi araşdırma məlumat bazalarından biri də HeinOnline-dır. HeinOnline-da yerləşdirilən məlumatlar əsasən hüquq və onunla bağlı (beynəlxalq münasibətlər, siyasi elmlər və s.) olan sahələri əhatə edir. HeinOnline hüquq jurnallarının yerləşdirilməsi baxımdan dünyanın ən böyük hüquqi araşdırma məlumat bazasıdır. Həmçinin siz burada 900-dən çox hüquq jurnalının əvvəllər nəşr olunmuş saylarını da asanlıqla tapa bilərsiniz. Hal-hazırda ABŞ-ın 75%-dən çox elmi kitabxanaları HeinOnline-ın abunəsidir. HeinOnline-da BMT-nin və Millətlər Cəmiyyətinin müqavilələri, konvensiyaları, ABŞ-ın Federal Reyestri (1936-cı ildən başlayaraq), ABŞ tərəfindən imzalanmış müqavilələr və s. də yerləşdirilmişdir.

HeinOnline 2000-ci ilin may ayında William S. Hein & Co. Inc tərəfindən yaradılmışdır. HeinOnline hüquqi məlumat bazası fəaliyyətə hüquq jurnalının kitabxanası kimi başlamış və yaradılarkən bu məlumat bazasında sadəcə 25 hüquq jurnalı yerləşdirilmişdir. Bu hüquqi araşdırma məlumat bazasının istifadəçiləri tez bir zamanda artmış və tezliklə bazaya hüquq jurnallarının əvvəlki sayları da yerləşdirilmişdir. Hal-hazırda HeinOnline vasitəsi ilə dünyanın 150-dən çox ölkəsindən olan insanlar 120 milyondan çox hüquqi araşdırma ilə bağlı olan materiallardan rahatlıqla istifadə edə bilirlər. Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı dünyanın ən böyük hüquqi araşdırma məlumat bazası olan HeinOnline-da indekslənmiş və yerləşdirilmişdir və ölkəmizi bu məlumat bazasında təmsil edən ilk və tək jurnaldır:

bsu

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

More in Bloq

To Top