Connect with us

Bloq – Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı

Bluebook Ümumiləşdirilmiş İstinad Sistemi

blue_book_cover_20th_edition

Bloq

Bluebook Ümumiləşdirilmiş İstinad Sistemi

Bluebook-un qısa tarixi. Bluebook ümumiləşdirilmiş istinad sisteminin necə yaranması ilə bağlı iki versiya mövcuddur. Bunlardan birincisi Harvard hüquq jurnalının redaktorlarından biri Erwin Griswoldun digər redaktorlar üçün hazırladığı və istinadlar haqqında qısa məlumat verən broşürası ilə bağlıdır. İkinci versiyaya görə Bluebook-un meydana gəlməsinin başlanğıcı Yale Hüquq Jurnalının redaktoru olmuş Karl Nickerson Llewellynin kazus əsaslı məqalə yazmaq üçün məsləhət xarakterli, 1920-ci ildə çap olunmuş 7 səhifəlik broşürasıdır. Erwin Griswoldun broşürasındakı bəzi məqamların Bluebook ilə oxşar olması, broşüranın da mavi rəngdə olması və kitabın müəllifi haqqında dəqiq heç bir şey deyilməməsi bu versiyanın düzgünlük ehtimalını gücləndirir. Kitab olaraq Bluebook ilk dəfə 38 səhifədən ibarət olmaqla 1926-cı ildə Harvard Hüquq Məktəbində çap olunmuşdur.

Bluebook-un tərkibi. Hal-hazırda BlueBook-un həcmi 500 səhifədən çoxdur. Kitab üç hissədən ibarətdir. Mavi səhifələrdə istinad formasının təməl qaydalarından bəhs olunur və dili digər iki hissəyə nisbətən daha asan formadadır. Bu hissədə göstərilən istinad qaydaları birinci kurs hüquq tələbələri, praktiki hüquqşünaslar, katiblər və digər hüquq üzrə mütəxəssislərin gündəlik istifadəsi üçün nəzərdə tutulmuşdur. Ağ səhifələrdə istinad qaydalarından detallarıyla bəhs olunmuşdur. Ağ səhifələrin ilk hissəsində hüquqi yazının bütün formalarında istifadə olunan ümumi istinad qaydaları qeyd olunub. İkinci hissədə isə məhkəmə işi, kitab, qanun, jurnal, qəzet, xarici və beynəlxalq sənədlər kimi spesifik mənbələrə istinad qaydası izah edilir. Kitabın sonuncu hissəsi qaydalarla bağlı hazırlanmış cədvəllərdən ibarətdir. Ümumiyyətlə, Bluebook Amerikada ən çox istifadə olunan istinad qaydası kitabı olmaqla bərabər, həm də bu kateqoriyaya daxil olan kitablar içərisində ən mürəkkəb sistemə malik olanıdır. Kitabın bu cür mürəkkəb sistemlə qurulması hətta Richard Posner tərəfindən belə tənqid olunmuşdur.

Kitab hər il Harvard, Yale, Columbia və Pennsylvania hüquq jurnallarının redaktorları tərəfindən yenilənir, təkmilləşdirilir və müasir dövrə uyğunlaşdırılır. Kitabın hazırlanmasında əsas prinsip istinad olunmuş mənbənin oxucu tərəfindən dəqiqliklə və daha tez bir zamanda tapılmasını təmin etməkdir. Kitabın çapında yuxarıda sadalanan universitetlərin hər birinin bərabər payı olmasına baxmayaraq əldə olunan gəlirlər Harvard Universitetinə yönəlir.

Continue Reading
You may also like...
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

More in Bloq

To Top