Xüsusi iqtisadi zonalarda dövlət hakimiyyətinin həyata keçirilməsinə nəzarət: Beynəlxalq kommersiya məhkəmələri hibrid inzibati məhkəmələr kimi

10 Baku St. U. L.Rev. 203 (2024)
Məqalənin dili: Azərbaycanca.

Annotasiya
Son iyirmi il ərzində transmilli iqtisadi mübahisələrin həlli sistemi beynəlxalq kommersiya məhkəmələrinin yaradılmasına və getdikcə artan istifadəsinə şahidlik etmişdir. Baxmayaraq ki, bu cür məhkəmələr müxtəlif struktur çərçivələri altında və fərqli hüquqi, iqtisadi və siyasi mühitlərdə yaradılmışdırlar, onlardan dördü digərlərindən fərqlənmişdir. Çünki bu dörd beynəlxalq kommersiya məhkəməsi, yəni “DIFC” Məhkəməsi, “ADGM” Məhkəməsi, Qətər Beynəlxalq Məhkəmə və Mübahisələrin Həlli Mərkəzi və “AIFC” Məhkəməsi xüsusi iqtisadi zonaların məhkəmə orqanları olaraq yaradılmışdırlar və fəaliyyət göstərirlər. Baxmayaraq ki, bu məhkəmələr başlıca olaraq mürəkkəb transsərhəd mülki və kommersiya mübahisələrin həll edilməsində ixtisaslaşmışdırlar, onların, həmçinin xüsusi iqtisadi zonalarda dövlət hakimiyyətini həyata keçirən inzibati orqanların hərəkətlərinin qanuniliyini yoxlamaq səlahiyyətləri vardır. Buna görə də hazırkı məqalə bu cür xüsusi iqtisadi zonalarda dövlət hakimiyyətinin həyata keçirilməsinə nəzarət edən bu cür beynəlxalq kommersiya məhkəmələrini hibrid inzibati məhkəmələr olaraq müəyyən etməyi və konseptuallaşdırmağı hədəfləyir. Bu kontekstdə, hazırkı məqalə bu məhkəmələrə inzibati hərəkətin qanuniliyinin yoxlanılması ilə bağlı səlahiyyət verən hüquq normalarının təsviredici müqayisəli təhlilini aparır. Həmçinin son illərdə beynəlxalq investisiya hüququ və arbitrajına qarşı müxtəlif dövlətlər tərəfindən göstərilən əks reaksiyaları nəzərə alaraq, yerli hüququn məhsulu kimi beynəlxalq kommersiya məhkəmələrinin xüsusi iqtisadi zonalarda xarici investorların daxil olduğu publik hüquq xarakterli mübahisələrdə investisiya arbitrajının funksiyalarını yerinə yetirə bilib-bilməyəcəyi də məqalədə müzakirə olunur.

Bu post həm də digər dildə mövcuddur: English