Mənəvi təzminatın müəyyən edilməsində hansı meyarlar əsas götürülməlidir? İlham Zülfüqarlı

Posted on Posted in Civil law, Volume 1

İlham Zülfüqarlı – Bakı Dövlət Universiteti Hüquq fakültəsi, III kurs, 1418A qrup tələbəsi

Annotasiya
Məqalədə ölkəmizin hüquq sistemi üçün daha çox aktuallıq kəsb edən mənəvi zərərin kompensasiyasını nəzərdə tutan mənəvi təzminatın ödənilməsi zamanı onun hansı meyarlar əsasında müəyyən edilməsi təhlil edilmişdir. Mənəvi təzminatın miqdarı və təyinatı haqqında nəzəriyyələr, İsveçrə, Türkiyə və digər dünya ölkələrinin məhkəmə təcrübəsində təzminatın miqdarı ilə bağlı verilən qərarların müqayisəli təhlili verilmişdir. Mənəvi təzminatın ölçülməsinə təsir edən amillərdən biri kimi dövriyyədəki pulun alıcılıq qabiliyyəti də qeyd edilmişdir. Təzminatın müəyyən edilməsində zərərin obyektiv ağırlığı, zərər-çəkmiş və təqsirkarla əlaqəli ünsürlər məqalənin əsas məzmununu təşkil edir.

Summary
This article is about important topic for now days to our country’s legal system, which is compensation for moral damage. Criteria for determining compensation of moral damages were analyzed at the same time. Comparative analysis of theories about the amount, principles of moral compensation and judicial experience, court decisions for local and foreign countries (e.g. Switzerland, Turkey) are provided. One of the factors that affect the evaluation of moral compensation is identified as current purchasing power of money. Main content of the article is about determining the severity of the damage objectively and elements about victim and perpetrator.

Yükləmək üçün: PDF