Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin konstitusion hüquqi statusundakı problemli məqamlar – Günel Abdullayeva

Posted on Posted in Constitutional law, Volume 1

Günel Abdullayeva – Bakı Dövlət Universiteti Hüquq fakültəsi, II kurs, SABAH qrupu tələbəsi

Annotasiya
Məqalə Konstitusiya Məhkəməsinin hakimiyyət sistemində tutduğu mövqeyi qiymətləndirmə istiqamətindədir. Bundan əlavə onun yaradılmasını zəruri edən şərtlər, bununla bağlı nəzəriyyələr və onların müasir dövrdə əsaslandırılması, fəaliyyətinin əhəmiyyətindən də bəhs edilir. Əsas olaraq, burada onun aid olduğu hakimiyyət qolu ilə səlahiyyətlərinin xarakterinin uzlaşma məsələsi, qanunvericilikdə onun üçün müəyyən olunmuş hüquqi statusun uyğun olub-olmaması, funksiyasının digər hakimiyyət orqanlarının yerinə yetirdiyi funksiyalarla toqquşma məqamlarından bəhs edilir. Bu məsələlərlə bağlı ABŞ, Fransa, İtaliya və başqa xarici dövlətlərin təcrübəsinə də müraciət edilərək müqayisəli təhlil aparılmış, müsbət və mənfi tərəflər qiymətləndirilmişdir. Son olaraq mövcud olması məqsədəuyğun və effektiv hesab edilən tövsiyələr məqalənin nəticə hissəsində əks olunmuşdur. 

Summary
This article is dedicated to the evaluation of place of Constitutional Court in the separation of powers. In addition, the necessity of establishment of the Court, the theories with regard to this establishment and their contemporary reasoning, and significance of its activity is analyzed. The article covers the conformity between character of authorities of Constitutional Court and its affiliation to the branch of separation of powers, suitability of the legal status defined in legislation, the collision of its functions with other branches of separation of powers. The comparative analyzes of the practice formed in the USA, France, Italy and other countries and demonstrated the pros and cons. There is appropriate and effective suggestions given on this issue at the conclusion part of the article.

Yükləmək üçün/Download: PDF