Paylı mülkiyyətçinin çıxarılması: çoxluq azlığa tabedir? Əmrah Rəhmanov

Posted on Posted in Buraxılış 1 | Volume 1, Mülki hüquq | Civil law

Əmrah Rəhmanov – Bakı Dövlət Universiteti Hüquq fakültəsi, II kurs, SABAH qrupu tələbəsi

Annotasiya

Mülkiyyət münasibətlərinin məntiqi inkişafına uyğun olaraq ümumi mülkiyyət münasibətlərinin də dərindən tənzimlənməsinə ehtiyac yaranır. Mülki Məcəllənin 213-cü maddəsində ümumi mülkiyyətin iki növü paylı və birgə mülkiyyət halı qeyd olunur. Paylı mülkiyyət zamanı əşya üzərindəki mülkiyyət hüququ üzərində bir neçə şəxsin payının olması, mülkiyyətçilərin mənafelərinin qorunması üçün onlar arasında  müəyyən tənizmlənmənin mövcudluğu  zərurətini yaradır. Paydaşlar arasındakı nizamın pozulması məntiqi nəticə olaraq hüquqi məsuliyyətin yaranmasına gətirib çıxarır. Bəzən paylı mülkiyyətçiyə ümumi qəbul olumuş sanksiyaların tətbiq olunması, məsələnin həll olunması üçün kifayət etmir. Paydaş yenidən digər mülkiyyətçilərin mənafelərini pozmağa davam edir. Bu zaman problemin kökündən həll olunması və paylı mülkiyyət münasibətlərinin iştirakçılarının qanuni mənafelərinin daimi olaraq digər paydaş tərəfindən pozulmasının qarşısının alınması üçün qanunvericiliyə həmin paydaşın məhkəmə qərarı ilə paylı mülkiyyət münasibətlərindən çıxarılmasını təmin edən normanın salınması zərurəti yaranır.

Summary

Common property relations need deeper adjustment in accordance with the development of  property issues. Article 213 in Civil Code reflects two types of common property: co-ownership and joint ownership. In the case of co-ownership individuals have the right to proportion over the property to their shares, which make it necessary to create order for the protection of the interests of owners. Violation of order among the co-owners as a logical result leads to legal liability. Sometimes ordinary sanctions are not enough to solve the problem. When the owner so seriously violates his or her duties towards the other owners that continuation of co-ownership is unreasonable, it becomes necessary to include provisions about the exclusion of co-owner from co-ownership by court order to the legislation.

Yükləmək üçün: PDF