Alqı-satqı müqaviləsi və qüsur. Qüsura qarşı təminat borcu. Gülnar Atakişiyeva

Posted on Posted in Buraxılış 1 | Volume 1, Mülki hüquq | Civil law

Gülnar Atakişiyeva – Bakı Dövlət Universiteti Hüquq fakültəsi, II kurs, SABAH qrupu tələbəsi

Annotasiya

Məqalədə mülki hüququn ən mühüm müqavilələrindən olan alqı-satqı müqaviləsində qüsurlu mal vermə, qüsura qarşı təminat borclarının anlayışı verilmişdir. Alqı-satqı müqaviləsində qüsurlu mal vermə halları məişətdə tez-tez rast gəlinir və istər alıcı, istərsə də satıcı üçün müəyyən problemlər yaradır. Məqalənin giriş hissəsi alqı-satqı müqaviləsinin hüquqi təbiətindən bəhs edir, daha sonra beynalxalq və milli qanunvericilikdə qüsurun nə olduğu və hansı hallarda qüsurlu malvermə adlandırıldığı məqalənin məlumatlandırıcı hissəsin təşkil edir. Məqalədə göstərilən qüsura qarşı təminat borcları verilən əşyanın müqaviləyə uyğun gəlmədiyi hallarda satıcının məsuliyyətin müəyyən edir və alıcının mənafeyi baxımından əhəmiyyət daşıyır. Qüsurlu mal vermənin qarşısının alınması və yaranacaq problemlərin həllində məqalədə göstərilən alıcının vəzifələri, satıcının borcları zəruri əhəmiyyət daşıyır. Eyni zamanda məqalədə milli qanunvericilik üçün yeni olan “aliud” anlayışından bəhs olunub.

Summary

The article is about defective merchandise, concept of guarantee debt against defect in the sales contract, which is one of the most important contracts of civil law. The cases of defective merchandise in the sales contract are often encountered in daily life and create some problems for both the buyer and the seller. The introductory part of the article is about the legal nature of a contract of sale, then the meaning of defect in international and national legislation, and in which cases it’s called defective merchandise, are forming the informative part of the article. As shown in the article, an object, which is guaranteed with debt against a defect in cases when it breaches a contract, defines the responsibility of a seller and is important in a buyer’s term of interest. In the prevention of a defective merchandise and the solution of arising problems, the obligations of a buyer and a seller’s debts, which are mentioned in the article, are crucial. At the same time, the concept of “aliud”, which is new for the national legislation, is mentioned in the article.

Yükləmək üçün: PDF