Xalqların özünü müəyyənetmə prinsipi. Məhəmməd Əsgərov

Posted on Posted in Beynəlxalq hüquq | International law, Buraxılış 1 | Volume 1

Məhəmməd Əsgərov – Bakı Dövlət Universiteti Hüquq fakültəsi, II kurs, SABAH qrupu tələbəsi

Annotasiya
Məqalədə müasir beynəlxalq hüququn 10 əsas prinsipindən biri olan “xalqların özünü müəyyənetmə” prinsipi araşdırılmışdır. Məqalənin məqsədi prinsipin realizəsi zamanı meydana çıxa biləcək qeyri-müəyyənlikləri aradan qaldırmaqdan ibarətdir. Həmçinin müxtəlif beynəlxalq sənədlərin təhlil edilməsi yolu ilə beynəlxalq hüququn aktual və mübahisəli problemlərindən biri kimi özünü müəyyənetmə hüququnun daxili və xarici aspektləri, realizəsinin hüdudları müəyyən edilmiş, məzmunu açılaraq xalq, millət və milli azlıq terminləri fərqləndirilmiş, bu hüququn yalnız xalqlara məxsus olması qənaətinə gəlinmişdir. Eləcə də, xalqların özünü müəyyənetmə hüququnun yalnız müstəmləkə əsarəti altında olan xalqlara şamil edilməsi, onun realizəsinin separatizmə yol açmasının mümkünsüzlüyü, beynəlxalq hüququn digər prinsipləri ilə sıx qarşılıqlı əlaqədə olması və uzlaşması məqalənin əsas məzmununu təşkil edir.

Summary
This article is dedicated to the research of one of the 10 core principles of the international law – the “self-determination” principle. The goal of this article is to eliminate all uncertainties emanating from implementation of the abovementioned principle. Being one of the topical and contentious issues of international law, the principle of self-determination, its internal and external aspects, limits and frameworks it can be used within, and its context have been revealed throughout the article, terms “nation, nationality and ethnic minority” have been differentiated in the end. It is noted that this principle is adhered to nations only. The following ideas contain the cornerstone of the article: principle of self-determination is extended to nations under colonial suppression; implementation of the principle should not lead to separatism; recognition of the correlation of the mentioned principle with other ones within international law.

Yükləmək üçün/Download: PDF

One thought on “Xalqların özünü müəyyənetmə prinsipi. Məhəmməd Əsgərov

Comments are closed.